200 AZN və üzəri şəhərdaxili sifarişlərdə çatdırılma pulsuzdur.
{{ t.search_history }}
{{ t.products }}
{{ live_data.products.length }}
{{ t.categories }}
{{ live_data.categories.length }}
{{ t.brands }}
{{ live_data.brands.length }}
{{ t.tags }}
{{ live_data.tags.length }}
Menyu
Bloq Yazıları
Robotzadə Robot Texnologiyaları

Müasir dünyada mühəndislik, süni intellekt və avtomatlaşdırma artıq gələcəyin deyil, bu günün tələbidir.                                                                                                                                                                                        Bu ekosistemin Azərbaycandakı ən güclü hərəkətverici qüvvəsi olan ROBOTZADƏ, mühəndislik həvəskarlarından tutmuş sənaye müəssisələrinə qədər hər kəs üçün universal texnologiya mərkəzi rolunu oynayır. Əsası 2016-cı ildə İstanbulda qoyulan şirkət, qazandığı çoxillik yerli və beynəlxalq təcrübə və güclü təchizat zəncirini 2022-ci ildən etibarən Bakıya daşıyaraq yerli bazarda innovativ bir mərhələ başlatdı.

Fəaliyyət İstiqamətləri və Xidmətlər
ROBOTZADƏ sadəcə bir texnologiya mağazası deyil, ideyadan hazır məhsula qədər bütün mühəndislik mərhələlərini əhatə edən həll platformasıdır:
Məhsulların Topdan və Pərakəndə Satışı: Həm fərdi tədqiqatçılar, həm də irimiqyaslı müəssisələr üçün zəruri elektronika, robototexnika, vs. məhsulların etibarlı təchizatı.
İstehsal: Müxtəlif mürəkkəblikdə elektronik və robotik kartların dizaynı və istehsalı, eləcə də yarışma standartlarına uyğun robotların sıfırdan yığılması.
Açar Təslimi Laboratoriya Qurulumu: Təhsil müəssisələri və AR-GE (R&D) mərkəzləri üçün STEAM və Robototexnika Laboratoriyalarının sıfırdan layihələndirilməsi, avadanlıqlarla təchizatı və texniki dəstəyi.
Təlim və Tədris Proqramları: Gənc mühəndislərin, tələbələrin və texnologiya həvəskarlarının nəzəri biliklərini praktik vərdişlərə çevirən ixtisaslaşmış tədrislər.
Layihə Əsaslı Texniki Dəstək: Fərdi start-up'lardan dövlət və özəl qurumların irihəcmli layihələrinə qədər məhsul seçimi, proqramlaşdırma və prototipləşdirmə mərhələlərində peşəkar mühəndis dəstəyi.

Zəngin İnventar: 5000-dən Çox Məhsul Çeşidi
İnnovativ bir layihəyə başlayarkən ehtiyac duyulan hər bir detal ROBOTZADƏ-nin geniş stoklarında mövcuddur:
Şirkətin zəngin inventarına 3D Printerlər, Filamentlər, 3D Skanerlər, CNC və CNC Avadanlıqları, Proqramlaşdırma Kartları və Tədris Dəstləri daxildir. 
Eyni zamanda Li-Po Batareyalar, Motor Çeşidləri,Dron və Aviasiya Məhsulları, Peşəkar Əl Alətləri, Kabel Çeşidləri, DC Güc Qaynaqları, Lehimləmə Stansiyaları və Avadanlıqları, STEAM-Maker Avadanlıqları, Çeşidli Sensorlar başda olmaqla 5000-dən çox məhsul çeşidi mövcuddur.

Layihələriniz üçün düzgün komponentləri seçmək, laboratoriya qurulumu planlaşdırmaq və ya texniki dəstək üçün birbaşa mərkəzimizə yaxınlaşa bilərsiniz:

Əlaqə və İş Saatları
Ünvan: Bakı şəhəri, Bülbül prospekti 79A
Telefon: +994 77 233 11 00
E-poçt: info@robotzade.az
Həftəiçi: 09:00 – 18:00
Şənbə: 09:00 – 14:00
Bazar: Qeyri-iş günü

Təhlükəsiz Ödəniş
Təhlükəsiz Ödəniş

Ödəniş məlumatlarınız 256-bit SSL sertifikatımızla emal olunur.

Sürətli Çatdırılma
Sürətli Çatdırılma

Eyni gün göndərilən sifarişlər sizə mümkün olan ən qısa zamanda çatdırılacaq.

Texniki Dəstək
Texniki Dəstək

Məhsullarınız üçün peşəkar texniki qulluq və təmir.

T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce