200 AZN və üzəri şəhərdaxili sifarişlərdə çatdırılma pulsuzdur.
{{ t.search_history }}
{{ t.products }}
{{ live_data.products.length }}
{{ t.categories }}
{{ live_data.categories.length }}
{{ t.brands }}
{{ live_data.brands.length }}
{{ t.tags }}
{{ live_data.tags.length }}
Menyu
Məzmun Menyu

Satış Müqaviləsi

Satış Müqaviləsi
Bütün istifadəçilər qeydiyyat prosesini tamamladıqları andan etibarən satış müqaviləsini oxuduqlarını və təsdiqlədiklərini qəbul etmiş sayılırlar.

Tərəflər
Bu müqavilə, Robotzadə ilə www.robotzade.az vasitəsilə alış-veriş edən şəxs arasında aşağıdakı şərtlər və müddəalar çərçivəsində bağlanmışdır.

Müqavilənin Mövzusu
Bu müqavilənin mövzusu, Alıcının sayt vasitəsilə sifariş etdiyi məhsulun/xidmətin satışı, çatdırılması, imtina hüququ, geri qaytarılma və zəmanət şərtləri ilə bağlı tərəflərin hüquq və öhdəliklərinin müəyyən edilməsidir.

Ümumi Müddəalar
Alıcı, sayt-da təqdim olunan məhsulların/xidmətlərin əsas xüsusiyyətlərini, satış qiymətini, ödəniş və çatdırılma qaydalarını, imtina hüququ və geri qaytarma şərtlərini oxuyub qəbul etdiyini təsdiqləyir.
Məhsul/Xidmət Alıcını sifariş formasında qeyd etdiyi ünvana Satıcını əməkdaşlıq etdiyi karqo/kuryer şirkəti vasitəsilə çatdırılır.
Satıcı, fors-major hallar və ya daşınmaya mane olan fövqəladə vəziyyətlər zamanı Alıcı məlumatlandırmaqla çatdırılma müddətini təxirə sala bilər.
Anbarda mövcud olmayan məhsullar üçün Satıcı sifarişi ləğv etmək və ya ekvivalent (bərabərdəyərli) məhsul təklif etmək hüququna malikdir.

Çatdırılma
Sifariş edilən məhsul, sifariş Satıcıya çatdığı andan etibarən ən gec 30 gün ərzində çatdırılır.
Çatdırılma müddəti Alıcının ünvanından asılı olaraq dəyişə bilər.
Alıcı çatdırılma zamanı qeyd olunan ünvanda olmazsa və ya məhsulu təhvil almazsa, yaranacaq əlavə xərclər Alıcını öhdəliyindədir.

İmtina Hüququ
Alıcı məhsulu təhvil aldığı tarixdən etibarən 14 gün ərzində heç bir əsas gətirmədən imtina hüququndan istifadə edə bilər.
İmtina bildirişi Satıcıya yazılı şəkildə və ya daimi məlumat daşıyıcısı vasitəsilə (e-poçt, veb-forma və s.) göndərilməlidir.
Qaytarılacaq məhsul istifadə olunmamış, orijinal qablaşdırmasında və qaimə-faktura (qəbz) ilə birlikdə əskiksiz təqdim edilməlidir.

İmtina Hüququ Tətbiq Edilməyən Məhsullar
Alıcının fərdi tələbləri və ya istəkləri əsasında xüsusi hazırlanan məhsullar.
Tez xarab olan və ya istifadə müddəti tez bitə bilən mallar.
Təhvil verildikdən sonra qoruyucu bağlaması açılmış gigiyenik məhsullar. (qulaqlıqlar, alt paltarları, kosmetika və s.)
Elektron mühitdə dərhal icra edilən xidmətlər və rəqəmsal məzmunlar.
Qəzet, jurnal, kitab kimi dövri nəşrlər.
Yerləşdirmə (mehmanxana), nəqliyyat, avtomobil kirayəsi kimi müəyyən bir tarixdə icra edilən xidmətlər

Zəmanət Şərtləri
Satılan məhsul qüsurlu çıxarsa, Alıcı qanunvericilikdə nəzərdə tutulmuş seçimlərdən istifadə edə bilər (ödənilən məbləğin geri qaytarılması, ödənişsiz təmir, qüsursuz məhsulla dəyişdirilmə və ya qiymətdən endirim).
Çatdırılma zamanı məhsulda hər hansı zədə aşkarlanarsa, Alıcı kuryerlə birlikdə akt tərtib etdirməli və məhsulu qəbul etməməlidir.
Düzgün istifadə edilməməsi səbəbindən yaranan nasazlıqlar zəmanət dairəsinə daxil deyil.

Geri Qaytarılma Şərtləri
Geri qaytarılma müraciəti Alıcı tərəfindən imtina hüququ müddəti çərçivəsində və ya məhsulda qüsur olduqda edilə bilər.
Geri qaytarılacaq məhsul istifadə edilməmiş, bütün aksesuarları, qəbzi və varsa hədiyyə məhsulları ilə birlikdə göndərilməlidir.
Qaytarılma sorğusu təsdiqləndikdən sonra ödənilən məbləğ 14 gün ərzində Alıcının ilkin ödəniş etdiyi üsulla geri qaytarılır.
Qanuni imtina hüququ xaricində, müştəri məmnuniyyəti və ya kampaniyalar çərçivəsində edilən geri qaytarmalarda çatdırılma xərcləri Alıcı tərəfindən qarşılana bilər.

Mübahisələrin Həlli
Bu müqavilədən irəli gələn mübahisələrin həlli istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində Alıcının yaşayış yerinin və ya müqavilənin icra edildiyi yerin səlahiyyətli məhkəmələri və müvafiq icra orqanları vasitəsilə həyata keçirilir.

Qüvvəyə Minmə
Alıcı sayt vasitəsilə verdiyi sifarişin ödənişini təsdiqlədiyi andan etibarən bu müqavilənin bütün bəndlərini qəbul etmiş sayılır.

T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce