200 AZN və üzəri şəhərdaxili sifarişlərdə çatdırılma pulsuzdur.
{{ t.search_history }}
{{ t.products }}
{{ live_data.products.length }}
{{ t.categories }}
{{ live_data.categories.length }}
{{ t.brands }}
{{ live_data.brands.length }}
{{ t.tags }}
{{ live_data.tags.length }}
Menyu
Məzmun Menyu

Zəmanət və Qaytarılma Şərtləri

İmtina Hüququ
İstehlakçı, məhsulun təhvil verildiyi tarixdən etibarən 14 gün ərzində heç bir səbəb göstərmədən müqavilədən imtina etmək hüququndan istifadə edə bilər. 
İmtina bildirişi yazılı şəkildə, e-poçt və ya internet platforması vasitəsilə təqdim edilə bilər. 
Xidmət alışı zamanı bu müddət müqavilə bağlandığı andan etibarən başlayır. 
İstehlakçı məhsulu 14 gün ərzində geri qaytarmalı; satıcı isə 1-7 iş günü ərzində ödənilən məbləği tam geri ödəməlidir.

Geri Qaytarılma Şərtləri və Qaydası
Geri qaytarılacaq məhsul istifadə olunmamış vəziyyətdə, orijinal qutusu, aksesuarları və qaimə-fakturası (qəbzi) ilə birlikdə tam dəst olaraq göndərilməlidir. 
Geri qaytarılma qaydası və şərtləri internet saytımızda aydın şəkildə qeyd edilmişdir. İstehlakçı geri qaytarılma tələbini irəli sürdükdə, lazımi təlimatlar dərhal ona çatdırılır.

Geri Qaytarılması Mümkün Olmayan Məhsullar
Qanunvericiliyin tələblərinə əsasən, aşağıdakı məhsullar üzrə imtina və geri qaytarılma hüququ tətbiq edilmir:
Fərdi sifariş əsasında xüsusi hazırlanan məhsullar
İstifadə müddəti məhdud olan və ya tez xarab olan mallar
Qablaşdırması açılmış gigiyena və sağlamlıq məhsulları, həmçinin rəqəmsal məzmunlar
Abunəliklər, dövri nəşrlər, yerləşdirmə (mehmanxana) və bu kimi müddətli xidmətlər

Çatdırılması Mümkün Olmayan Məhsullar
Məhsulun təchizatı qeyri-mümkün olduqda, satıcı bu hal müəyyən edildiyi andan etibarən 3 gün ərzində istehlakçıya məlumat verir və 14 gün ərzində ödənilmiş məbləği tam şəkildə geri qaytarır.

Zəmanət Şərtləri
Təhvil-təslim zamanı hər hansı zədə aşkarlanarsa, kuryerin (poçt əməkdaşının) iştirakı ilə baxış keçirilməli və rəsmi akt tərtib edilməlidir. 
Məhsulun üzərindəki deformasiyalar və ya orijinallığın pozulması zəmanət dairəsindən kənar hesab olunur. 
Qüsurlu məhsul aşkar edildikdə, istehlakçı qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarından istifadə edə bilər.

T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce