200 AZN və üzəri şəhərdaxili sifarişlərdə çatdırılma pulsuzdur.
{{ t.search_history }}
{{ t.products }}
{{ live_data.products.length }}
{{ t.categories }}
{{ live_data.categories.length }}
{{ t.brands }}
{{ live_data.brands.length }}
{{ t.tags }}
{{ live_data.tags.length }}
Menyu
3D Modelləşdirmə və 3D Printer Kursu - 1

3D Modelləşdirmə və 3D Printer Kursu

Şərh Yazın Stokda Yoxdur
Məhsul Kodu:JU6LW84BTJ
0,00 AZN
Eyni gün çatdırılma
Anbardan çatdırılma
Əvvəlcədən sifariş
Sevimlilərə Əlavə EdinTövsiyə EdinSiqnalın QiymətiPaylaşın
3D Modelləşdirmə və 3D Printer Kursu

Məqsəd:
Bu kurs 3D modelləşdirmə və 3D çap texnologiyaları sahəsində fundamental biliklər və praktiki bacarıqlar qazandırmaq üçün hazırlanmışdır.
İştirakçılar 3D modellər yaratmağı, onların çap üçün hazırlanmasını və 3D printerlərdən səmərəli istifadə etməyi öyrənəcəklər.

Tədris Müddəti:
3 Ay (həftədə 2 dəfə, hər dərs 90 dəqiqə)

Kursun Məzmunu:
3D Modelləşdirməyə Giriş: Əsas anlayışlar və istifadə olunan proqramlar (FreeCAD və digər proqramlar)
Sadə və Mürəkkəb Modellərin Hazırlanması: Detallar, mexanizmlər və funksional obyektlər
Modelin Optimallaşdırılması: Çap üçün uyğun konstruksiya prinsipləri
Mekaniki və Funksional Modellər Yaratmaq: Dişli çarxlar, qutular, tutacaqlar və digər istifadə edilə bilən modellər
3D Printerlərin İş Prinsipi: Quruluşu, işləmə mexanizmi və çap texnologiyaları
Çap Materialları: PLA, ABS, PETG, TPU və onların xüsusiyyətləri
Çap üçün Hazırlıq: Dilimləmə (slicing) proqramları, parametrlərin tənzimlənməsi və keyfiyyətə təsir edən amillər
Praktiki Çap: Sınaq çapları, problemlərin aradan qaldırılması və çap keyfiyyətinin artırılması
3D Printerin Baxımı və Kalibrlənməsi: Nozzle təmizlənməsi, istilik tənzimləmələri, çap səthinin hazırlanması vs.

Kurs kimlər üçündür?
3D modelləşdirmə və çap sahəsində biliklərini inkişaf etdirmək istəyənlər
Dizaynerlər, mühəndislər və sənaye istehsalında çalışanlar
Öz layihələrini reallaşdırmaq istəyən həvəskarlar

Kursun Nəticəsi:
Təlimi uğurla tamamlayan iştirakçılar öz 3D modellərini yarada, onları çap üçün optimallaşdıra və 3D printerlərdən səmərəli istifadə edə biləcəklər. Kurs boyunca verilən tapşırıqlar və praktiki məşğələlər biliklərin möhkəmlənməsini təmin edəcək.

Sertifikat: 
Kursu uğurla tamamlayanlara sertifikat təqdim olunacaq.
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce