Sürətləndirilmiş Robot Kursu

180,00 AZN
Stok Kodu
GTFRTDD
Qiymət
180,00 AZN

                                                        Sürətləndirilmiş Robot Kursu

Müəllimlər üçün Maker / STEM və Robotik Proqramlaşdırma Təlimi

Robotları hazırlamaq, proqramlaşdırmaq və robot yarışlarına qatılmaq istəyirsiniz? O zaman doğru yerdəsiniz! Bu sahədə dünyanın ən professional komandasından təlim almağa dəvət edirik.

Bu təlimdə iştirak edənlər STEM / Maker, Alqoritma, Scratch Əsaslı Proqramlaşdırma, Makeblock mBot Robotlar, 3D Printer və 3D Dizayn, Arduino və C++ Proqramlaşdırma, Xətt İzləyən Robotları öyrənməklə bərabər komanda ilə işləmə bacarıqlarını, layihə hazırlama bacarıqlarını təkmilləşdirəcəklər.

Eyni zamanda peşəkar komandamız tərəfindən yerli və beynəlxalq robot yarışları haqqında ətraflı məlumat veriləcək.

Təlim Mövzusu:
1. mBot Robot
    mBot robotlar haqqında ümumi məlumatın verilməsi
    Robotların funksiyası, işləmə prinsibi, vs. haqqında teorik və praktiki məlumatların verilməsi.
    mBot robotda istifadə edilən sensorlar və digər hissələr haqqında teorik və praktiki  məlumatların verilməsi
    mBot robotun quraşdırılması
    Scratch əsaslı proqramlaşdırılma haqqında məlumat və Robotun Proqramlaşdırılması
    Robotun telefon, tablet, pult və otonom olaraq idarə edilməsi.

2. 3D Printer və Dizayn
    3D Printerlərin işləmə prinsibi haqqında ətraflı məlumat
    3D Printer və Filamentlərin texniki özəllikləri
    3D Dizayn proqramı haqqında məlumat və 3D Dizayn hazırlama
    Slicer proqramı haqqında məlumat
    3D Printerin istifadə qaydaları və çap prossesi
    3D Printerdə olabiləcək xətalar və həll yolları

3. Arduino Proqramlaşdırma
    Arduino Kartı haqqında ətraflı məlumat
    Arduino ilə istifadə olunabiləcək sensorlar, komponentlər vs. haqqında məlumat
    Arduino İDE və Arduino proqramlaşdırma dilinin öyrədilməsi
    Fərqli layihələrin proqramlaşdırılması və elektronik dizaynın reallaşdırılması

4. Xətt İzləyən Robotlar
    Xətt İzləyən Robotlar haqqında məlumat
    Robotların işləmə prinsibləri və texniki xüsusiyyətləri
    Robotun hazırlanmasında istifadə olunan elektronik və mexanik hissələr haqqında teorik və praktik məlumat
    Robotun ümumi dizaynı haqqında məlumat
    Robotun proqramlaşdırılması
    Robotun Elektronik-Mexanik olaraq hazırlanması
    Robot Yarışının Keçirilməsi

5. STEM/Maker
    STEM / Maker haqqında ətraflı məlumatın verilməsi
    STEM / Maker Tətbiqləri
    DIY (Do It Yourself) haqqında məlumat
    STEM Materiallarının dizaynı və mərhələləri
    Makey-Makey kitinin istifadəsi və tətbiqləri

Qeyd: Təlimi tamamlayanlar rəsmi sertifikatla təmin olunacaqlar.
Qeyd: Robot yarışında qalib gələn ilk 3 iştirakçıya 50 AZNlik Robotzade çeki veriləcək.
Qeyd: Təlimdə iştirak edənlərə Robotzade Loyallıq (Üyelik) kartı təqdim ediləcək.
Qeyd: Təlimi müvəffəqiyyətlə bitirənlər Beynəlxalq Robot Yarışlarında iştirak edəbilərlər.
Qeyd: Təlimdə iştirak edənlərə Yerli və Beynəlxalq Robot Yarışlarına hazırlıq və qeydiyyatdan keçmə prossesi haqqında məlumat veriləcəkdir.

                                             05.10.2024 - 06.10.2024 - 2 Gün (Toplam 16 Saat Təlim)


Bu ürüne ilk yorumu siz yapın!
Bu ürünün fiyat bilgisi, resim, ürün açıklamalarında ve diğer konularda yetersiz gördüğünüz noktaları öneri formunu kullanarak tarafımıza iletebilirsiniz.
Görüş ve önerileriniz için teşekkür ederiz.
Sürətləndirilmiş Robot Kursu GTFRTDD
Sürətləndirilmiş Robot Kursu

Tavsiye Et

*
*
*
IdeaSoft® | Akıllı E-Ticaret paketleri ile hazırlanmıştır.