Arduino ilə Proqramlaşdırma Kursu
150,00 AZN
Arduino ilə Proqramlaşdırma Kursu
Məqsəd:
Bu kurs Arduino platforması və mikrokontroller proqramlaşdırması sahəsində fundamental biliklər və praktiki bacarıqlar qazandırmaq üçün hazırlanmışdır.
İştirakçılar Arduino ilə müxtəlif sensor və aktuatorlarla işləməyi, elektron layihələr qurmağı və mikroprosessora əsaslanan sistemlər hazırlamağı öyrənəcəklər.
Tədris Müddəti: 6 ay (həftədə 2 dəfə, hər dərs 1.5 saat)
Kursun Məzmunu
Arduino-ya Giriş
Arduino-nun işləmə prinsipi və modelləri
Arduino IDE və proqramlaşdırma mühiti
Blink layihəsi (ilk proqram)
Rəqəmsal və Analoq Giriş-Çıxışlar
LED, buzzer, düymə və servo motorların idarə olunması
Analoq girişlər və sensorlarla işləmə
Potensiometr, LDR (işıq sensoru) və temperatur sensorları
İnterfeys və Displeylər
LCD (16x2), OLED və 7-seqment displeylər
Məlumatların ekrana çıxarılması və vizuallaşdırılması
Sensorlar və Avtomatlaşdırma
DHT11 (temperatur və rütubət), MQ-2 (qaz), HC-SR04 (ultrasonik məsafə) sensorları
Servo motor və DC motor idarəetməsi
Röle ilə yüksək gərginlikli cihazların idarə olunması
İrəli Səviyyə Arduino Proqramlaşdırması
EEPROM və dəyişənlərin yadda saxlanması
Simsiz Rabitə: RFID, Bluetooth və Wi-Fi modul inteqrasiyası
İoT əsasları və şəbəkə üzərindən məlumat ötürülməsi
Praktiki Layihələr
Ağıllı LED işıqlandırma sistemi – avtomatik tənzimlənən işıq
Hərəkət sensorlu təhlükəsizlik sistemi – həyəcan siqnalları və bildirişlər
RFID əsaslı giriş idarəetməsi – kart oxuyucu ilə təhlükəsizlik
Temperatur və rütubət monitorinqi – real vaxtda məlumat oxuma və analiz
Kurs kimlər üçündür?
Elektronikaya marağı olan və sıfırdan başlamaq istəyənlər
Arduino və mikrokontroller proqramlaşdırmasını öyrənmək istəyənlər
Öz elektron layihələrini inkişaf etdirmək istəyənlər
Kursun Nəticəsi
Təlimi uğurla tamamlayan iştirakçılar Arduino proqramlaşdırmasını mənimsəyəcək, müxtəlif sensor və aktuatorlarla işləyəcək, real layihələr hazırlayaraq praktiki təcrübə qazanacaqlar.
Sertifikat: Kursu uğurla tamamlayanlara sertifikat təqdim olunacaq.
Be the first to comment on this product!